FHN: Həftəsonu 12 nəfər xilas, 15 nəfər təxliyə edilib - VİDEO
18-12-2023, 11:26
883

FHN: Həftəsonu 12 nəfər xilas, 15 nəfər təxliyə edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən həftəsonu 41 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 1-i azyaşlı olmaqla 12 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təxliyə olunub.



Oxşar xəbərlər