Baş nazir: Azərbaycan MDB formatında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir
18-12-2023, 12:37
882

Baş nazir: Azərbaycan MDB formatında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir

Azərbaycan MDB formatında uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsi və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Bunu Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

Əli Əsədov deyib ki, hökumətlərarası səviyyədə müntəzəm təmaslar ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar dialoq aparmağa, həmçinin müxtəlif çağırışlara və risklərlə vaxtında cavab verməyə imkan verir.

Oxşar xəbərlər