AYİB Azərbaycanda CƏB-in profisiti üzrə proqnozunu açıqlayıb
18-12-2023, 13:05
932

AYİB Azərbaycanda CƏB-in profisiti üzrə proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin sonunda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 16,3%-ni təşkil edəcəyini proqnozlaşdırıb. 2022-ci ildə üzrə bu rəqəm ÜDM-in 29,8%-i həcmində müəyyən edilib.

"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. AYİB həmçinin, birbaşa xarici investisiyaların ÜDM-də çəkisini 2023-cü il üzrə 4,8% proqnozlaşdırıb. Ötən il üzrə isə bu rəqəm 6% təşkil edib. AYİB bundan öncə isə bu il üzrə Azərbaycanda iqtisadi artımın 1,5%, 2024-cü il üzrə 2,5% təşkil edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən bu ilin doqquz ayı üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisiti 6,7 mlrd. dollar və onun ÜDM-də payı isə 12,5 % təşkil edib.

Oxşar xəbərlər