Reanimasiyaya yerləşdirilən bloger Asyanın SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO/VİDEO - YENİLƏNİB
18-12-2023, 16:41
787

Reanimasiyaya yerləşdirilən bloger Asyanın SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO/VİDEO - YENİLƏNİB

Bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
Bloger Fatimə Asyanın vəziyyətinin artıq normal olduğunu qeyd edib:
"Şükür, vəziyyəti indi yaxşıdır. Birzdan yanına gedəcəm aparatdan ayırıblar".
Ətraflı videoda:
*** 09:22
İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
Blogerin vəziyyətinin pisləşib və o süni-tənəffüs aparatına qoşulub.Bu barədə bloger Ramal İsayev məlumat verib: "Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar".
Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib. 









Oxşar xəbərlər