Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı
19-12-2023, 14:36
1 145

Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanadamüalicəsi başa çatıb.
Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb. 
Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə buraxılacağı bildirilib. 
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik yoxdur. 
Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdü. 

Oxşar xəbərlər