Cəmiyyət
20-12-2023, 09:57
970
Tarix yazan sərkərdə
"Ulu Öndər Heydər Əliyevin yaratdığı və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinə müzəffər Ali Baş Komandan İlham Əliyevlə qatılır. Elə bir liderlə ki, tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın hərb tarixinə əbədi həkk etdirib. Bu baxımdan Prezident İlham Əliyev tarix yazan və tarixə yazılan sərkərdədir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsini rəhbər tutaraq, habelə Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq, dekabrın 7-də imzaladığı sərəncamla 2024-cü il 7 fevral tarixdə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsini təyin edib. Bu reallıq fonunda siyasi camiədə bir sıra məsələlər xüsusi müzakirə predmetinə çevrilib. Birincisi, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam hüquqi baxımdan tam legitimdir. Qanunvericilik dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verir.
Deputatın sözlərinə görə, bu qərar siyasi baxımdan da tam yetərlidir. Növbədənkənar prezident və parlament seçkiləri keçirmək praktikasına dünyanın əksər ölkələrində rast gəlinir. ATƏT-ə üzv olan 56 dövlətin 33-də ümumi, birbaşa, o cümlədən növbədənkənar prezident seçkilərinin keçirilməsinə icazə verən Konstitusiya və digər qanunvericilik aktları mövcuddur. Təkcə son 5 il ərzində dünyanın bir çox ölkəsində növbədənkənar parlament və prezident seçkiləri keçirilib. Belə ki, 2019-cu ildə Belarusda, 2021-ci ildə Moldovada, 2022-ci ildə Portuqaliyada, 2023-cü ildə İspaniyada, Niderlandda və eyni ilin 17 dekabrında Serbiyada növbədənkənar parlament, Mərkəzi Asiyanın 4 dövlətində - Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda 2021-ci, 2022-ci və 2023-cü illərdə növbədənkənar prezident seçkiləri baş tutub. 2024-cü il martın 17-də Rusiyada da növbədənkənar prezident seçkiləri keçiriləcək.
Elman Nəsirov onu da bildirib ki, bu seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən ciddi səbəblər və əsaslar mövcuddur: "Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməyib. Seçkilər həmişə ölkəmizin ərazisinin 80 faizində keçirilib, erməni işğalı altında olan ərazilərimiz bu prosesdən kənarda qalıb. 2020-ci ilin sentyabr-noyabr aylarında aparılan Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüz bərpa edilib. Cari ilin 19-20 sentyabrında isə lokal antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq yaranıb. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suverenliyimizin 100 faiz təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilib. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Beləliklə, növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək", - deyə E.Nəsirov söyləyib.
Deputat vurğulayıb ki, artıq MSK öz üzərinə düşən vəzifənin icrası istiqamətində konkret addımlar atmağa başlayıb. Dekabrın 8-də MSK "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nı təsdiq edib. Plana əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Bu məqsədlə ilk addım olaraq Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçirilib. Müzakirələrin sonunda İlham Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunub.
Elman Nəsirov yekunda qeyd edib ki, xalqın gözü tərəzidir. Müdrik xalqımızın yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına - onu yazan liderimiz İlham Əliyevə səs verəcəyinə tam əminlik var.