Hacıqabulda traktor dərəyə aşdı - ölən var
20-12-2023, 15:53
6 569

Hacıqabulda traktor dərəyə aşdı - ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər