Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək
21-12-2023, 18:28
6 503

Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək

Ermənistanla başlatdığımız normallaşma prosesini regional hadisələri də nəzərə alaraq Azərbaycanla tam koordinasiyalı şəkildə davam etdirəcəyik.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı iddiaları israrla təkrar gündəmə gətirmək cəhdləri “normallaşma prosesini baltalayacaq”:
“Bu ölkələr Ermənistana yaxşılıq etmirlər. Cənubi Qafqazda Azərbaycanla birlikdə öncüllüyünü etdiyimiz “3+3” platforması ilk dəfə nazirlər səviyyəsində Tehranda toplanıb. Bir sonrakı toplantı 2024-ci ilə Türkiyədə həyata keçiriləcək”.

Oxşar xəbərlər