Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb
22-12-2023, 10:41
837

Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
 
Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar xəbərlər