Dövlət Dəniz və Liman Agentliyi sahildə batan gəmi ilə bağlı məlumat yaydı - FOTO
22-12-2023, 13:04
1 736

Dövlət Dəniz və Liman Agentliyi sahildə batan gəmi ilə bağlı məlumat yaydı - FOTO

Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan Delfin-2 gəmisi sualtı mane ilə üzləşib və nəticədə qəza baş verib. Həmin an gəmidə 3 heyət üzvü  və 3 nəfər sərnişin olub.
Bu barədə  Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib. 
Bildirilir ki, dərhal Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin  operatorları  FHN və Sahil Mühafizə Xidmətinə məlumat verib. Gəmidə olan şəxslər xilas olunub. Heç bir tələfat yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
  • Dövlət Dəniz və Liman Agentliyi sahildə batan gəmi ilə bağlı məlumat yaydı - FOTO

Oxşar xəbərlər