
Cəmiyyət
23-12-2023, 16:16
15 411
Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb
Dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində piyada, 1998-ci il təvəllüdlü İbrahim Daşdəmirovu vurub hadisə yerindən qaçan "VAZ-2106" markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır
Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır