Cəmiyyət
25-12-2023, 11:56
1 102
Güclü külək ağacları qəbirlərin üstünə aşırdı
Gəncədə irigövdəli ağaclar məzarların üzərinə aşıb.
Gəncə şəhərində 2 gündür davam edən qeyri-sabit hava şəraiti nəticəsində şəhərin 4 saylı (Yeni Səbiskar) kimi tanınan qəbiristanlığında ağaclar qəbirlərin üzərinə aşıb. Nəticədə bəzi qəbirlərə ziyan dəyib.
Bildirilir ki, hadisə nəticəsində 10-a yaxın ağac kökündən qopub. Həmçinin evlərin hasarları uçub.