Şəkidə zibil maşını 88 yaşlı piyadanı VURDU
25-12-2023, 15:03
1 028

Şəkidə zibil maşını 88 yaşlı piyadanı VURDU

Şəkidə zibil maşını piyadanı vurdub.
Hadisə Şəki şəhəri, Çingiz Mustafayev küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus avtomobil zibil daşınması ilə məşğul olarkən şəhər sakini 88 yaşlı Paşa Mərdanovu vurub. 
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Paşa Mərdanov Şəki RMX-na yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır oldugu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər