İranda Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək
25-12-2023, 15:12
1 028

İranda Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək.

Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.

O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.

Oxşar xəbərlər