Bakıda qız atasını bıçaqladı
26-12-2023, 09:53
863

Bakıda qız atasını bıçaqladı

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.
1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.

Oxşar xəbərlər