Sumqayıtda 55 yaşlı kişi bıçaqlanıb
26-12-2023, 14:13
965

Sumqayıtda 55 yaşlı kişi bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyev Arif Gülsuvar oğlu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstaxnaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər