Mingəçevirdə 66 yaşlı qadın dəm qazından zəhərləndi
26-12-2023, 16:26
1 089

Mingəçevirdə 66 yaşlı qadın dəm qazından zəhərləndi

Mingəçevir şəhərində 66 yaşlı qadın dəm qazından zəhərlənib. 
Hadisə 20 yanvar küçəsi 37/49 ünvanında yerləşən beş mərtəbəli binanın mənzillərindən birində baş verib.
1957-ci il təvəllüdlü ev sakini Əfəndiyeva Şamba Abdulkərim qızı mənzilin hamam otağında dəm qazından zəhərlənərək halsız duruma düşüb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər