814 çağrı mərkəzindəki problem aradan qaldırıldı - Yenilənib
2-01-2021, 15:57
214

814 çağrı mərkəzindəki problem aradan qaldırıldı - Yenilənib

Xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir. 
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, problem gün ərzində aradan qaldırılacaq. Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur.
***
814 Çağrı Mərkəzində yaranan texniki problem artıq aradan qaldırılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, vətəndaşlar sərbəst şəkildə müraciət edə bilərlər.

Oxşar xəbərlər