Qubada 86 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
28-12-2023, 15:15
1 003

Qubada 86 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB

Qubanın Bağbanlı kəndində dünən baş verən qətllə bağlı bəzi məqamlar məlum olub.
Qətl hadisəsi baş verən ailənin yaxınları APA-nın şimal bürosuna bildiriblər ki, 86 yaşlı anasının qətlinə görə tutulan Zülfüqar İsmixanov əsəb xəstəliyindən əziyyət çəkib. Hətta bir neçə dəfə psixonevroloji mərkəzdə müalicə alıb. Onun həmçinin spirtli içki aludəçisi olduğu, qətli sərxoş halda törətdiyi bildirilib.
Məlumata görə, 49 yaşlı Zülfüqar İsmixanov 86 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Zülfüqar İsmixanovun 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup əlil olduğu bildirilib. Onun 2 övladı var.
***
07.06
Qubada 86 yaşlı qadın qətlə yetirilib.
Quba rayon prokurorluğundan APA-ya bildirilib ki, dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qubada 86 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB

Oxşar xəbərlər