Nazir: 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb
28-12-2023, 15:21
986

Nazir: 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb

2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Bu proses zamanı bəzi dairələrin açıq qərəz və ikili siyasət yürütməsinə baxmayaraq, Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bu istiqamətdə olan çağırışların öhdəsindən gəlməyə imkan verib”, - nazir əlavə edib.

Ceyhun Bayrmov İran İslam Respublikası ilə münasibətlərə də toxunub:

“27 yanvarda İrandakı Azərbaycan səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub. Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib”.

Oxşar xəbərlər