"Qızıma "Instagram" və "Tiktok"u qadağan etmişəm"- Məleykə Əsədova
28-12-2023, 15:30
1 016

"Qızıma "Instagram" və "Tiktok"u qadağan etmişəm"- Məleykə Əsədova

"Qızıma "Instagram" və "Tiktok"u qadağan etmişəm. Onun telefon işlətməyinin də əksinəyəm".

Bu sözləri Xalq artisti Məleykə Əsədova "Rəngarəng Səhər" proqramında deyib.

Aktrisa sosial şəbəkələrə qızı Gülərin girməsini qadağan etməsindən danışıb:

"Mən pandemiya vaxtına qədər telefonu ona yalnız həftəsonu işlətməyə icazə verirdim. Amma dərsləri ilə bağlı olaraq telefon istifadə etməlidir. Amma heç bir sosial şəbəkə işlətməyinə icazə vermirəm. Ordan nə öyrənəcək ki? Qızım əgər nəsə öyrənmək istəyirsə kitabdan öyrənsin, oradan lazımi biliklər əldə etsin".

Oxşar xəbərlər