Azərbaycan və Rusiyanın Baş nazirləri müzakirə etdilər
28-12-2023, 16:29
6 713

Azərbaycan və Rusiyanın Baş nazirləri müzakirə etdilər

Azərbaycan və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub. 
Bu barədə Rusiya hökumətinin "Telegram" kanalında məlumat dərc olunub.
Həmkarlar iki ölkənin sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətini müzakirə ediblər: "Mixail Mişustinin Azərbaycanın Baş Naziri Əli Əsədov ilə telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini müzakirə ediblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirilib". 
Baş nazirlər MDB və digər çoxtərəfli formatlarda birgə işdən də bəhs ediblər.

Oxşar xəbərlər