Bir gecədə 25 avtomobili yandıran şəxs SAXLANILDI
29-12-2023, 12:44
1 550

Bir gecədə 25 avtomobili yandıran şəxs SAXLANILDI

Fransanın qərbində polis 25 avtomobili yandıran gənci saxlayıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Bildirilir ki, polis tez bir zamanda yanğının baş verdiyi yerdə bir nəfərdən şübhələniblər. Həmin şəxsin hadisədən “24 saat keçməmiş” saxlanılıb. 
Yanğın zamanı hansı avtomobillərə ziyan dəydiyi məlum deyil. Telekanalın məlumatına görə, saxlanılan şəxsin 18 yaşı var və günahı sübuta yetirilərsə, növbəti 10 ilini həbsdə keçirə bilər.

Oxşar xəbərlər