
Cəmiyyət
29-12-2023, 15:15
1 129
Azərbaycanda bu il evlənən və boşanan məşhurlar – SİYAHI
2023-cü ilin bitməyinə az qalıb. Bu il də Azərbaycanın şou-biznes aləmində maraqlı hadisələrlə yadda qalaxaq. Kimisi ailə qurduğu anları izləyicilərlə paylaşıb, kimisi gözlənilməz şəkildə boşanıb.
Bu il evlənən və boşanan məşhurları təqdim edirik:
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin nişanlanıb.Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb.
Xalq artisti Azər Zeynalovun ailəsində xoş gün yaşanıb. İfaçının oğlu İsmayıl Zeynalovun nikah mərasimi olub. İsmayıl həkim-dermotoluq Fatma Məmmədli ilə nikah masasına oturub.
Aparıcı, aktrisa Çinarə Əliyeva və estetik cərrah Ruslanla evlənib.
Əməkdar artist Ədalət Şükürovun oğlu Emil evlənib. Məclis sabah şəhərin dəbdəbəli restoranlarından birində keçiriləcək. Toya az sayda sənət adamı dəvət edilib. Buna səbəb isə Ə.Şükürovun toydan görüntülərin yayılmasını istəməməsidir.
Mərhum Xalq artisti Ağaxan Abdullayevin oğlu evlənib.
Müğənni Səidə Sultan evlənənlər sırasındadır. O, yalnız xanımların iştirak etdiyi məclisdən fotoları ifaçı "İnstagram" hesabında yayımlayıb.
Keçmiş sevgilisi tərəfindən döyülməklə gündəmə gələn model Razi Əliyeva evlənib.
Xalq yazıçısı Anarın adını daşıyan nəvəsi Anarın toy məclisi baş tutub.
Müğənni Nahidə isə bu il boşanıb.

Bu il evlənən və boşanan məşhurları təqdim edirik:
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin nişanlanıb.Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb.






