Cəmiyyət
29-12-2023, 16:30
7 035
1 yaşı olan qızının fotolarını paylaşıb, bunları yazdı
"Gözlərində dənizləri, səmanı, ulduzları, kainatı daşıyan körpəm. O əngin gözlərin hər zaman xoşbəxtlikdən parlasın. İllər keçsə də, saçlarıma əriməyən qarlar yağsa da, belimdə dikəlməyən dağlar qalxsa da, gözlərimdə boz buludlar yer alsa da, sənin üçün hər zaman gülüstan qucağım açıq olacaq".
Bu sözləri aktrisa Aydan Axundzadə qızı Mehribanla bağlı paylaşımında yazıb. Sənətçi 1 yaşı tamam olan qızı ilə bağlı bunları yazıb:
"Savabların sənin olsun, günahlarının cavabını mən verərəm, qızıl saçlım. Sən Allahımın mənə ən böyük sevgi etirafısan. Adın qədər özün də o qədər mehriban, sevgi dolusan ki, bir qarışlıq qollarınla dünyanı qucaqlayıb, əzizləməyə cəhd edirsən. O bapbalaca əllərini uzadıb, üzümü tutaraq, öz üzünə sıxanda, gözlərini gözlərimə dikib, qəhqəhə çəkəndə, bəzən körpə canındakı ağrılara mənim sinəmə yaslanıb, tab gətirəndə, sinəmi yarıb, səni ürəyimin ən təmiz guşəsinə sıxmağım gəlir.
Bu dünya çox gözəldi, amma iztirabı çoxdu, körpəm. Səni bu dünyadan gizlətməyə çalışıram... Qollarımı ətrafında kilidləyirəm, çirkabları görməyəsən deyə... Amma görürəm ki, sən artıq cəngavər ruhlu doğulmusan, dəniz gözlüm. Sənin mənə heç bir borcun yoxdur, olmayacaq da. Amma mən sənə bütün aləmlərdə borcluyam. Bu ömrüm yetməz ki, sənin özünlə mənə gətirdiyin rahatlığın, xoşbəxtliyin, bütövlüyün qarşılığını sənə qaytara bilim. Sənə görə cəhənnəmin dibinə enib, şeytanın buynuzların sındıraram. Nə vaxt qaranlıqlara düşsən, gözlərimin nurunu al, qoy yolunu işıqlandırsın. Ayaqların yorulanda, ürəyimin taqətini al, qoy həyat cığırında addımların büdrəməsin. Həyat qarşında keçilməz sədlər çəkəndə, çiyinlərim sənə pilləkən olsun. Qorxma, mənə heç nə olmaz. Mən sənə fəda olduqca tükənmirəm. Sən mənim ölümsüzlüyümsən. Odur ki, öz illərini gözəl xatirələr üçün saxla, mənim illərimi xərclə özünçün. Səni hər zaman anlamağa çalışacağam, sən məni anlamasan da olar. Çünki mən sən yaşda olmuşam, amma sən hələ mən yaşda olmamısan.
Təki sən ömrünü uzun və bəxtəvər yaşa, mənim pak və əbədi məhəbbətim. Yaxşı ki, gəldin. Yaxşı ki, məni seçdin. Yaxşı ki, məni sevdin. Səni ruhumun, zehnimin gücü çatdığı qədərdən də ötə sevirəm".
Qeyd edək ki, Aydan aktyor İbrahim Çingizlə ailəlidir.