Cəmiyyət
29-12-2023, 17:20
7 226
Məhkəmə sənədləri "Elektron kabinet" vasitəsilə təqdim ediləcək
Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə təqdim ediləcək.
Bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, 2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə informasiya sistemi”ndə “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri - vəkillərə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.
Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.