Cəmiyyət
1-01-2024, 13:48
10 073
Bakıda fişəngin səbəb olduğu yanğın belə söndürüldü - VİDEO (YENİLƏNİB)
Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları 65 m² sahədə, 19-cu mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin döşəməsi 2 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
01:12
Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 01 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub.
DİN mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyatı dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub.
Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.
***00:46
Paytaxtda Yeni ili qarşılamaq üçün atılan fişəng çoxmərtəbəli binada yanğına səbəb olub.
Hadisə Xətai rayonunda, Xətai Park yaşayış kompleksində baş verib.
18-ci mərtəbədə başlayan yanğına FHN əməkdaşları müdaxilə edir.