CDTIC: "Azərbaycan və İran arasında mal mübadiləsi 2 milyon tona çatacaq"
2-01-2024, 16:47
6 544

CDTIC: "Azərbaycan və İran arasında mal mübadiləsi 2 milyon tona çatacaq"

Azərbaycan və İran arasında yerləşən Astaraçay körpüsünün açılışı iki ölkə arasındakı mal mübadiləsini 2 milyon tona çatdıracaq.

Xarici mətbuat xəbər verir ki, bunu İranın Nəqliyyat İnfrastrukturlarının Tikinti və İnkişafı Şirkətinin (CDTIC) baş direktoru Xeyrullah Xademi deyib.

Onun sözlərinə görə, Azərbaycanla ticarət mübadiləsinin artırılması İranın Yollar və Şəhərsalma Nazirliyinin əsas proqramlarından biridir:

“Azərbaycanla yeni kommunikasiya yollarının yaradılması infrastrukturun inkişafına və iqtisadi dövriyyənin əhəmiyyətli dərəcədə yüksəlməsinə yardım edə bilər. Astara iki ölkə arasında ən çox istifadə olunan nəqliyyat yollarından biri və İranın Qafqaza, Avropa ölkələrinə və Rusiyaya açılan qapısıdır”.

Xatırladaq ki, Azərbaycan və iran arasında yerləşən Astaraçay körpüsü dekabrın 30-da istifadəyə verilib. Körpünün açılışında İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak edib.

Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Oxşar xəbərlər