Bərdədə iki maşın toqquşub: 3 nəfər yaralanıb
2-01-2024, 17:47
6 488

Bərdədə iki maşın toqquşub: 3 nəfər yaralanıb

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobillə "VAZ 2106" toqquşub. Qəza nəticəsində "VAZ 2106" tamamilə yararsız hala düşüb.
Hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Oxşar xəbərlər