Avtomobil MSK-nın binasına çırpıldı, xəsarət alanlar var - Fotolar
3-01-2024, 10:58
1 333

Avtomobil MSK-nın binasına çırpıldı, xəsarət alanlar var - Fotolar

Bakının Binəqədi rayonunda ağır yol qəzası qeydə alınıb.
APA xəbər verir ki, Süleyman Sani Axundov küçəsində Səid Süleymanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yüksək sürətlə Mərkəzi Seçki Komisiyyasının divarına çırpılıb.
Qəza zamanı avtomobil deformasiyaya uğrayıb.
Nəqliyyat vasitəsində sıxışıb qalan yaralı sürücü və sərnişinlər - Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov çıxarılaraq xəstəxanaya çatdırılıb.
Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparır.


Oxşar xəbərlər