Zaqatalada maşın ağaca çırpıldı - Xəsarət alan var
4-01-2024, 17:29
6 607

Zaqatalada maşın ağaca çırpıldı - Xəsarət alan var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun  Muxax kəndi ərazisində Hikmət Davudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca, daha sonra isə daş hasara çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər