"Mən markayam, reytinqəm"
5-01-2024, 12:33
8 882

"Mən markayam, reytinqəm"

"Mən markayam, reytinqəm. Haqqımda çıxan pis və ya yaxşı xəbər milyon baxış toplayır. İndi sərhədləri aşmışam. Artıq Türkiyədə də adım reytinqlidir. Mənim adımı çəkərək yox, öz adınızla reytinq qazanın".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, təkcə Azərbaycanda yox, Türkiyədə də məşhur olmasından danışıb:
"Hansı yerə gedirəmsə, ayağımla reytinq, ruzi və böyük uğurlar aparıram. Niyə? Çünki bunu Allah belə istəyir. Mən kiməm ki... Ümumiyyətlə, bəndə kimdir ki, bəndələrə kömək etsin. Allahdır yardım edən. Allaha inanacaqsınız. Baxın görün ki, neçə dəfə "Səni axtarıram" verilişinin "balalarını" yaratmışam. Amma mən və mənim aparıcılıq etdiyim "Səni axtarıram" verilişi markadır".

Oxşar xəbərlər