Naxçıvan-Şahbuz yolunda qəza olub, xəsarət alan var
6-01-2024, 14:08
1 969

Naxçıvan-Şahbuz yolunda qəza olub, xəsarət alan var

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Şahbuz rayonu Keçili kənd sakini, 1981-ci il təvəllüdlü Fətullayev Mehman Ələmdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər