Cəbrayılda silah-sursat aşkar edilib
9-01-2024, 10:12
867

Cəbrayılda silah-sursat aşkar edilib

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb.
Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər