Cəmiyyət
5-01-2021, 09:18
182
Deputat şəhid və qazi ailələri ilə görüşdü
Milli Məclisin deputatı Emin Hacıyev deputat seçildiyi Sumqayıt şəhərində bir neçə şəhid və qazi ailəsi ilə görüşüb.
Deputat ölkəmizlə bağlı bütün taleyüklü məsələlərdə sumqayıtlıların daim öndə getdiyini, vətəndaşlıq borclarını vicdanla yerinə yetirdiyini bildirib:
“Qarabağın işğalı başlayandan bu günə qədər Sumqayıt şəhəri yüzlərlə şəhid verib, minlərlə şəhər sakini döyüşlərdə yaralanıb, onlarla insan Vətən müharibəsində əlil olub.
Ötən il sentyabrın 27-də başlayan sonuncu Qarabağ savaşı qəhrəman sumqayıtlıları ayağa qaldıraraq səfərbər edib, Cənab Ali Baş Komandanın əmrinə tabe olan neçə-neçə gənc cəbhəyə yollanıb və onlar torpaqlarımızın mənfur düşməndən təmizlənməsində öz töhfələrini veriblər.
Sumqayıt şəhərində elə məhlələr, elə yaşayış binaları var ki, bir-biri ilə qonşu olan neçə-neçə gəncimiz şəhidlik zirvəsinə də birlikdə ucalıblar”.
Görüş zamanı ölkə rəhbərliyinin şəhid və qazi ailələrini daim diqqətdə saxlaması, onların fədakarlıqlarının qarşılıqsız qalmaması barədə ətraflı danışılıb. Ailələr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə övladlarının, ümumilikdə müharibə iştirakçılarının orden və medallarla, fəxri adlarla təltif olunmalarını böyük minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib, Cənab Ali Baş Komandana diqqət və qayğıya görə təşəkkür ediblər.