Göygöldə qəza - Ölən və xəsarət alanlar var (YENİLƏNİB)
10-01-2024, 14:20
1 299

Göygöldə qəza - Ölən və xəsarət alanlar var (YENİLƏNİB)

Göygöl rayonunda baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.
Ölən şəxs 1985-ci il təvəllüdlü Elimxan Şabanovdur.
***13:56
Göygöldə iki minik maşını toqquşub.
Hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2121" ilə "VAZ-21012" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1986-cı təvəllüdlü Nüsrət Nüsrətzadə ölüb, 2 nəfər xəsarət alıb.

Oxşar xəbərlər