Keçmiş məhkum Bakıda adam bıçaqladı
12-01-2024, 11:07
1 174

Keçmiş məhkum Bakıda adam bıçaqladı

Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 
Həmin şəxs xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.

Oxşar xəbərlər