Sumqayıtda bank kartından 13 min manat oğurlayan şəxs saxlanılıb
12-01-2024, 11:57
1 323

Sumqayıtda bank kartından 13 min manat oğurlayan şəxs saxlanılıb

Yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər