Samuxda yanacaq daşıyan maşın aşıb, yanacaq yola dağılıb
12-01-2024, 12:46
1 280

Samuxda yanacaq daşıyan maşın aşıb, yanacaq yola dağılıb

Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb.

Nəticədə 40 tona yaxın yanacaq yola dağılıb.

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Bir müddətdən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.

Yük avtomobilin sürücüsü, Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü S.Qurbanov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər