Təzyiqi qalxan sürücü qəza törətdi - FOTOLAR
12-01-2024, 16:21
945

Təzyiqi qalxan sürücü qəza törətdi - FOTOLAR

Xaçmazda sürücü idarəetməni itirərək digər avtomobillərə çırpılıb.
Hadisə N.Nərimanov prospektində qeydə alınıb. 
Belə ki, sürücü Xudat şəhər sakini 1958-ci il təvəllüdlü Adil İsmayılov "Opel" markalı minik avtomobili ilə hərəkətdə olan zaman təzyiqi qalxdığı üçün idarəetməni itirib və avtomobili əks istiqamətdə hərəkətdə olan "Chevrolet" və "Nissan" markalı minik avtomobillərinə çırpıb.
Hadisə nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan sürücü A.İsmayılov həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır. 
  • Təzyiqi qalxan sürücü qəza törətdi - FOTOLAR

Oxşar xəbərlər