Paşa ləqəbli döyüşçü evinə qayıtdı - Video
5-01-2021, 14:03
241

Paşa ləqəbli döyüşçü evinə qayıtdı - Video

Düşməni heybətli cüssəsi ilə vahiməyə salan Paşa ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.
İgid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb.
Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ eləməsi ilə fəxr duyduğunu bildirib: "Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi".
İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi yaşayır - həm Qarabağın azad olunmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar. (Report)
Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.
 

Oxşar xəbərlər