Boks üzrə dünya çempionatının tarixi dəqiqləşdi
11-05-2021, 13:15
26

Boks üzrə dünya çempionatının tarixi dəqiqləşdi

Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib.
Bu barədə məlumatı AİBA açıqlayıb.
Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.
Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

Oxşar xəbərlər