UEFA Superliqanın yaradıcıları ilə bağlı intizam işi açdı
12-05-2021, 20:06
194

UEFA Superliqanın yaradıcıları ilə bağlı intizam işi açdı

UEFA “Barselona”, “Real” və “Yuventus”la bağlı araşdırmalara başlayıb.
Qurum bununla bağlı açıqlama yayıb.
Bildirilir ki, Superliqanın yaradıcıları ilə bağlı intizam işinə bu gün start verilib. Araşdırmalar üçün UEFA inspektorları təyin edilib.
Onlar bu üç klubla bağlı intizam işini araşdıracaq. Superliqanın yaradıcılarından olan digər 9 klub isə cəzadan qaçıb. Onlar layihədən çıxıb və UEFA ilə yalnız mükafatlarının kəsilməsi barədə razılıq əldə edib.

Oxşar xəbərlər