İdman
20-08-2020, 11:00
220
FIFA futbol vətəndaşlığı ilə bağlı qaydaları dəyişir
FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik etməyi planlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydaya əsasən, bəzi oyunçulara komandanı dəyişməyə icazə veriləcək.
Futbolçu ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayıbsa, komandasını dəyişə bilər. Bundan əlavə, dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlər vətəndaşlıqlarını dəyişə bilməyəcək.
FIFA oyunçulara meydana çıxmadıqları təqdirdə ilk milli komandalarına qayıtmaqla bağlı icazə verilməsini istəyir.
211 milli federasiya qaydaları təsdiqləsə, yeni əsasnamə gələn aydan qüvvəyə minəcək. Bu, Azərbaycan yığmasına bəzi futbolçuların milliləşdirilməsində yardımçı olacaq.