“Qəbələ“ bu futbolçuyla yollarını ayırdı
22-06-2021, 14:31
232

“Qəbələ“ bu futbolçuyla yollarını ayırdı

“Qəbələ” klubu futbolçusu Vinko Medimoreçlə yollarını ayırıb.
Klubun rəsmi saytı xəbər verir ki, ötən ilin sentyabrından komandaya qoşulan 25 yaşlı xorvatiyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
O, 2020/2021 mövsümündə 26 oyuna 1 qol vurub. Medimoreç Premyer Liqada 23, Azərbaycan Kubokunda 3 matça çıxıb.
“Qəbələ” klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər