İdman
23-06-2021, 13:05
177
Kobra Pərviz İstanbulda rinqə çıxacaq
Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.
77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.
Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.
Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.