Rusiya klubunda daha bir azərbaycanlı futbolçu
25-06-2021, 11:24
145

Rusiya klubunda daha bir azərbaycanlı futbolçu

Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu transfer edib.
Premyer Liqa təmsilçisinin mətbuat xidməti xəbər verir ki, İlya Sadıqovla müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb. Sadıqovun sonunçu klubu "Olimp-Dolqoprudni" olub. Bu komandanın kapitanı olmuş 21 yaşlı hücumçu son mövsümdə 25 matça 4 qol vurub.
Qeyd edək ki, "Ximki"də azərbaycanlı hücumçu Kamran Əliyev və aşağı yaş qrupları üzrə milli komandalarımızda, həmçinin "Neftçi"də çıxış etmiş Samir Məsimov da oynayır. 

Oxşar xəbərlər