“Zirə”dən bir gündə ikinci transfer
2-07-2021, 22:33
219

“Zirə”dən bir gündə ikinci transfer

“Zirə” braziliyalı futbolçu ilə anlaşıb.
Velvis Damakena qarşıdakı 1 ildə icarə əsasında qəsəbə təmsilçisinin şərəfini qoruyacaq. 
20 yaşlı hücumçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, transfer hüququ alınacaq və onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, Damakena  "Lvov"a qədər Slovakiyanın "Lokomotiva"nın (Koşitse) sıralarında olub.

Oxşar xəbərlər