"Gəlin, kuboku evə gətirək" – Baş nazir
8-07-2021, 21:28
181

"Gəlin, kuboku evə gətirək" – Baş nazir

İngiltərənin baş naziri Boris Conson AÇ-2020-nin yarımfinalında Danimarka yığmasını məğlub edərək, finala çıxan İngiltərə milli komandasını təbrik edib.
Baş nazir, bununla bağlı “tvitter” hesabında paylaşım edib:
“İngiltərə millisi ürəkaçan oynadı. Baş məşqçi Qaret Sautqeyt və komandası inanılmaz performans sərgilədi. İndi finaldayıq. Gəlin, kuboku evə gətirək”.
İngiltərə yığması finalda İtaliya ilə qarşılaşacaq. Matç iyulun 11-də, Londonda keçiriləcək

Oxşar xəbərlər