“Keşlə“nin hücumçusu bu gün azərbaycanlı xanımla ailə qurur
14-07-2021, 14:50
125

“Keşlə“nin hücumçusu bu gün azərbaycanlı xanımla ailə qurur

Konfrans Liqasına hazırlaşan "Keşlə"də "Soçi" ilə oyunöncəsi toydur.
Komandanın kamerunlu hücumçusu Anatole Abanq bu gün bəy masasına oturacaq.
Adela Hacıyeva adlı azərbaycanlı xanımla evlənən 25 yaşlı legionerin toyu Bakının sayılıb-seçilən şadlıq evlərindən olan "Hall by Emiland"də keçiriləcək.
Məhdud sayda qonağın qatılacağı məclisin əsas iştirakçıları "Keşlə"nin kollektivi olacaq.

Oxşar xəbərlər